“Caliber”: “Rusiya Ukrayna müharibəsinə cəlb etmək istədiyi muzdluları hardan gətirəcək?” – VİDEO

Müharibə

“Caliber”in növbəti buraxılışı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putinin Ukraynada davam edən hərbi əməliyyatlara xaricdən döyüşçülərin cəlb edilməsinə “yaşıl işıq” yandırmasına həsr edilib.

Videosüjetdə qeyd olunur ki, Rusiya Ukraynadakı müharibə səhnəsinə Suriya prezidenti Bəşər Əsədə loyal hərbi birləşmələri cəlb edə bilər. Bu faktı isə öz növbəsində münaqişənin gərginləşməsinin növbəti fazası hesab etmək olar.

Video təhlildə Rusiyanın suriyalı hərbçiləri Ukraynadakı hərbi əməliyyatlara cəlb etməsi istiqamətindəki çətinliklərə toxunulur, Türkiyənin istər hava, istərsə də dəniz yolu ilə Rusiyanın bu planına ciddi maneə törətmək imkanları vurğulanır.

Təhlildə həmçinin Rusiya ordusunun əməliyyatlarında baş verən ləngimələr, Ukrayna səmasının bağlanması ətrafında cərəyan edən qeyri-müəyyənliyə toxunulub.

Ətraflı videoda:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir