Qalkin İsraildə verdiyi konsertdə Solovyovla Skabeyevanı ələ saldı – VİDEO

Maraqlı

Rusiyalı şoumen və teleaparıcı Maksim Qalkin İsraildə konsert verib. Çıxışı zamanı o, Rusiyanın Ukraynada müharibə aparmasını tənqid edib və bu fikirlərinə görə təhqir olunduğunu deyib. 

“Məni satqın adlandırırlar. Onlar dedilər: “Biz bu xüsusi əməliyyatı NATO-nu Rusiya ilə sərhədlərdən uzaqlaşdırmaq üçün edirik”. Və nə oldu? “Axşamınız xeyir, biz Suomidənik”. Bu, normaldır? Xoşunuz gəlsə də, gəlməsə də NATO genişlənir. İsveç də Alyansa hazırlaşır”.

Şoumen həmçinin rusiyalı jurnalistlər Olqa Skabeyeva ilə Vladimir Solovyovu ələ salıb və ölkədə artıq Skandinaviya əleyhinə əhvalı əvvəlcədən gördüyünü deyib.

“Skabeyevanın ABBA-nın albomunu necə yandırdığını görürəm; sizə dəqiq deyirəm, bu, tezliklə baş verəcək. “İsveç nərdivanı”nın adı dəyişdirilərək “dırmanaq”, sauna – “quru buxar”, “İsveç masası” isə “görməmiş masası” adlandırılacaq. Və əlbəttə, yüz faiz Selma Lagerlefin və Astrid Lindqrenin nağılları qadağan olunacaq. Mən artıq Solovyovun “Karlson!” bağırdığını eşidirəm”, – deyə Qalkin bildirib.

Qeyd edək ki, Qalkin və həyat yoldaşı Alla Puqaçova artıq dördüncü aydır ki, İsraildə yaşayırlar. Onların Rusiyadan gedişi şoumenin Ukraynaya müdaxiləni açıq şəkildə tənqid etməsi ilə əlaqələndirilir.

Mənbə: Operativnıy ZSU

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir