Sevgilisinə əsəbiləşən amerikalı gənc muzeydə beş milyon dollarlıq eksponatları qırdı – VİDEO

Maraqlı

Texasdakı İncəsənət Muzeyinə qeyri-qanuni daxil olan 21 yaşlı amerikalı Brayan Hernandez oranı tar-mar edib, dəyərli bir neçə artefakta ciddi zərər vurub.

Qırılan eksponatlar arasında ümumi dəyəri beş milyon dollardan çox olan antik yunan amforası və qədim yunan mücrüsü var. Hücum edən şəxs həmçinin təxminən 100 min dollar dəyərində olan qədim yunan fincanına və Kaddo hindu qəbiləsinə məxsus keramik şüşəni (10 min dollar) ziyan vurub. Bundan əlavə, qədim yunan qabları ilə eyni şüşə qutuda saxlanılan kiçik eksponatlar kiçik zədələr alıb.

Dallaslı gənc polislər gələnə qədər muzeyin mühafizəçisi tərəfindən saxlanılıb. Hernandezin sözlərinə görə, o, sevgilisinə əsəbiləşib, buna görə də muzeyə soxulub və əmlakı məhv etməyə başlayıb.

Mənbə: The Dallas Morning News

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.