Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə İŞIQLANDIRILDI – FOTO

Maraqlı

Gürcüstanın paytaxtı Tbilisinin iki əsas simvolu – televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“102info.az”un yerli bürosu xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Axşam saatlarından etibarən 275 metrlik teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Azərbaycan bayrağının rənglərinə boyanmış teleqüllə və “Sülh körpüsü” Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Mənzərəni mərkəzi Rike parkdan Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da izləyib.

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir