Xəsis milyonçu su puluna qənaət üçün çirkli qabları silir, qonaqlara isə… – FOTO/VİDEO

Maraqlı

ABŞ-ın Las-Veqas şəhərindən olan və özünü “ən qənaətcil milyonçu” adlandıran sahibkar Eymi Elizabet  deyəsən xəsisliyinə görə “Ginnesin Rekordlar Kitabı”na düşmüş Qenrietta Houlendin rekordunu təzələmək niyyətindədir.

Belə ki, sərvəti 5,3 milyon dollar (təqribən 9 milyon manat) olan qadının “qənaət” məqsədi ilə elədikləri hər kəsi heyrətə gətirib. Elizabet inanır ki, pulun olması heç də onu hara gəldi səpələnə biləcəyi demək deyil. Onunu sözlərinə görə, qabyuyan süngəri toz halına gələnə qədər atmır. Su puluna qənaət etmək üçün isə çəngəl-bıçaqları ümumiyyətlə yumur, sadəcə silir. Üstəlik, o, balığı ucuz pişik yemi ilə əvəz edir, həta qonaqlarına belə bir yemək verir.

Amerikalı qadının məqsədi ayda 1000 dollardan (1700 manat) artıq pul xərcləmək olmadığı üçün təmizlikçi tutmayıb. Amma burada da sahibkar çıxış yolunu tapıb. Onun evindəki təmizliyə keçmiş əri cavabdehdir – o, tualeti yuyur və bağçaya baxır. Elizabet isə bunun müqabilində ona məşqçi və qidalanma məsləhətçisi kimi xidmət göstərir.

Mənbə: The Sun

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir