Binanın səkkizinci mərtəbəsindən sallanan üç yaşlı uşağı xilas etdi – VİDEO

Maraqlı

37 yaşlı kişi binanın səkkizinci mərtəbəsində pəncərədən sallanan üç yaşlı uşağı xilas edib.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Qazaxıstanın Nur-Sultan şəhərində baş verib. Məlumata görə, özü 4 uşaq atası olan Sabit Şontakbayev iki həftə öncə şəhərə köçüb.

O, səhər işə yollanarkən həyətdə insanların təlaşa düşdüyünü görüb. Yuxarıda sallanan uşağı gördükdə isə düşünmədən köməyə qaçıb.

Uşağı xilas etdikdən sonra isə onu qonşuya əmanət edib (balaca evdə tək olub) və tikintidəki işinə yollanıb.

“Biz bir mərtəbə aşağıda qonşunun qapısını döydük… Dostum ayağımdan tutdu. Heç nə barədə düşünmürdüm, sadəcə qızcığazı xilas etmək istəyirdim. Artıq hər şey bitdikdən sonra əlim-ayağım əsməyə başladı. Çox xoşbəxt idim”, – deyə kişi olanları danışıb.

Yerli KİV-in məlumatına görə, Şontakbayev mükafatlandırılmaq üçün Fövqəladə Hallar Departamentinə dəvət olunub.

Mənbə: RT

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir