Atom gəmisinin kapitanı Arktikada nadir təbiət hadisəsini lentə alıb – VİDEO

Maraqlı

Atom buzqıran gəmisinin kapitanı Andrey Tenitski Arktikada nadir təbiət hadisəsini – Günəş halosunu lentə alıb. Bu hadisənin əks olunduğu video “Vkontakte” sosial şəbəkəsi və “Atomflot” Federal Dövlət Unitar Müəssisəsinin qrupunda yayımlanıb.

Kadrlarda Şimal Buzlu okeanının üzərində rəngarəng işıq diski ilə çevrələnmiş Günəş ecazkar bir görüntü yaradır. Videonun müəllifi bunu həmin an buz örtüyü ilə əhatə olunmuş atom gəmisinin göyərtəsindən lentə alıb. Gəminin okeandakı dəqiq koordinatları barədə isə məlumat verilmir.

Oxşar hadisə əvvəllər Yamal sakini tərəfindən də lentə alınmışdı. Nadımdan 20 kilometr aralıda optik illüziyaların əks olunduğu kadrları lentə almağa nail olmuşdu.

Murmanskda da qeyri-adi atmosfer hadisəsini – qütb stratosfer buludlarını qeydə almaq mümkün olub. Onlar 20 kilometrdən çox yüksəklikdə ozonun aşağı konsentrasiyasında və aşağı temperaturda əmələ gəlir.

Mənbə: Lenta.ru

Mubariz-Kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.