“Marvel” Rusiyada komikslərinin satışını dayandırır

Mədəniyyət

“Marvel” Rusiyada komikslərinin satışını və lisenziyaları yeniləməyi dayandırır.

Şirkətin qərarı barədə “Çuk i Gik” mağazasının sahibi İvan Çernyavski açıqlayıb.

Onun sözlərinə görə, “Marvel” nümayəndələri Rusiyadakı tərəfdaşlarına yaydan etibarən qeyri-müəyyən müddətə əməkdaşlığı dayandırdıqları barədə məktub göndəriblər.

“2022-ci ilin yayın ortasında Marvel rus dilində komikslərinin buraxılması üçün lisenziyaların satışını və yenilənməsini dayandıracaq. İndi alınan hər şey yaxın iki-üç ay ərzində buraxılmalıdır, bundan sonra, “Marvel”in tələbi ilə, yeni və əlavə nəşrlərin gətirilməsi mümkün olmayacaq”, – deyə o bildirib.

Mənbə: The Insider

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.