Azərbaycan Ermənistana iştirakçı göndərəcək? – FOTO/VİDEO

Mədəniyyət

Bu il İrəvanda keçirilməsi planlaşdırılan Uşaq- Avroviziya mahnı müsabiqəsində yer alacaq ölkələr iştiraklarını təsdiqləməyə başlayıb.  

OLAY yazır ki, dekabrın 11-də Karen Dəmirciyan İdman-Konsert Kompleksində keçiriləcək yarışmada səhnəyə çıxacaq sənətçilərin adları isə hələlik açıqlanmayıb. Bununla yanaşı, bir neçə ölkə festivalda yer almayacağını vurğulayıb. 

2021-ci ildə Parisdə keçirilən şouda 5-ci olan Azərbaycanın (təmsilçi Sona Əzizova- red) bu il qatılıb-qatılmayacağı sual yaradıb. 

OLAY mövzu barədə İTV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun rəsmisi bildirib ki, Uşaq-Avroviziya ilə bağlı konkret qərar verilməyib:

“Hazırda əsas Avroviziya mahnı müsabiqəsinə bütün diqqət yönəlib.  Uşaqlar üçün nəzərdə tutulan yarışma barədə isə heç bir məlumat yoxdur”. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir