Nurgül Yeşilçay sevənlərini yenə qorxutdu: Səhnədə huşunu itirdi – FOTO

Mədəniyyət

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay teatr tamaşası zamanı səhnədə huşunu itirib.

“Haber Global”ın məlumatına görə, hadisə “Barda bir gecə” adlı tamaşanın ilk dəqiqələrində yaşanıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb, tamaşa isə dayandırılıb.

Tibbi müdaxilədən sonra aktrisanın təzyiqinin düşdüyü məlum olub.

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir. Bununla belə, tamaşanın iki günlük nümayişləri ehtiyat məqsədi ilə daha sonrakı tarixə təxirə salınıb.

Xatırladaq ki, məşhur aktrisa bir müddət əvvəl polis rolunu oynadığı “Son nəfəsimə qədər” serialının çəkilişi zamanı qəzaya düşmüşdü. Nəticədə onun ağzında və çənəsində tikişlər qoyuldu.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.