Konstantin Raykin öz adına olan Teatr Məktəbindən qovuldu

Mədəniyyət

Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun (keçmiş Konstantin Raykinin Teatr Məktəbi) rektoru Anatoli Polyankin Konstantin Raykini universitetin bədii rəhbəri vəzifəsindən azad edib.

Bu barədə Teatr Məktəbinin Tələbə Şurası bəyanat yayıb.

Bildirilir ki, Raykin aprelin 12-də tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun işdən çıxarılma səbəbləri açıqlanmır.

Tələbə Şurası yarandığı gündən Teatr Məktəbinin bədii rəhbəri olan Konstantin Raykinin işdən çıxarılması qərarını qəbuledilməz və tələbələrin maraqlarına zidd adlandırıblar:

“Biz “Rosobrnadzor”u bu vəziyyətə diqqət yetirməyə və unikal təhsil müəssisəsinin məhv edilməsinin qarşısını almağa çağırırıq. Bundan əvvəl rektor məktəbdən Konstantin Raykinin adını götürdü, sonra isə öz əmri ilə məktəbdə tədris prosesini dayandırmağa cəhd etdi”.

Xatırladaq ki, Polyankin institutun fəaliyyətinin aprelin 1-dən iyunun 1-dək dayandırılması haqqında sərəncam imzalayıb. Aprelin 1-də Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun tələbə və müəllimləri rektorun əmri ilə auditoriyaya buraxılmayıb.

Tələbə Şurası bildirib ki, Polyankin bu fasiləni nə onlarla, nə də pedaqoji kollektiv və məktəbin Qəyyumlar Şurası ilə razılaşdırmayıb. Bundan başqa rektor dayandırılmış tədris prosesini bərpa etmək üçün gələcək planlarını açıqlamayıb.

“Yalnız kollektiv iddia və məhkəmənin mövqeyimizi dəstəkləyən qərarı sayəsində bəlkə bu il təhsilimizi başa vurub imtahanlardan keçə bildik”, – deyə universitetin Tələbə Şurasının açıqlamasında bildirilir.

Qeyd edək ki, Ukrayna ilə müharibənin ilk günlərində 80-dən çox teatr xadimi müharibə əleyhinə məktubun altına imza atıb. Onların arasında K.Raykin də olub.

Mənbə: The Insider

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.