Öz çəkdiyi əfsanəvi filmi görə bilməyən Ceyhun Mirzəyevin doğum günüdür – VİDEO

Mədəniyyət

Bu gün daha çox “Ögey ana” və “Fəryad” filmlərindəki İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxan əvəzedilməz kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.

102info.az xəbər verir ki, o, 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub.

C.Mirzəyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət alıb.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib.

“Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib və bədii rəhbəri olub.

Onun həm də güclü parodiya qabiliyyəti olub. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub. Lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib. Belə ki, studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb.

C.Mirzəyev 1993-cü ildə ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Fəryad filmindəki şücaətinə görə o, “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.