Bryus Uillis sağalmaz xəstəliyə tutulub: Karyerasını bitirir – FOTO

Mədəniyyət

Ötən il Bryus Uillisin səhhətində problemlər olması ilə bağlı şayiələr ortaya çıxdı. Ancaq bu günə qədər hər şeyin nə dərəcədə ciddi olduğu aydın deyildi. Məlum olub ki, Hollivud aktyoru sağalmaz xəstəlik səbəbindən karyerasını tərk etməyə hazırlaşır.

Martın 19-da Bryus Uillisin 67 yaşı olacaq. Hollivud standartlarına görə, aktyorun təqaüdə çıxması hələ tezdir. Üstəlik, “Məblubedilməz” Bryus hələ də ABŞ döyüş filmlərinin pərəstişkarları arasında populyardır. Ancaq səhhətindəki problemlər artıq Uillisə eyni şövqlə işləməyə imkan vermir.

Məlum olub ki, Bryus erkən demensiyadan əziyyət çəkir. Təəssüf ki, getdikcə inkişaf edən xəstəlik onun yaddaşını itirməsinə səbəb olur.

Çoxsaylı film hitlərinin ulduzu, yəqin ki, “üzü sulu” ayrılmaq qərarına gəlib.

O, eyni zamanda maliyyə ilə bağlı problemlərinin olmaması üçün 2022-ci ildə ən azı 11 film çəkməsinin planlaşdırıb. Bu arada uzun müddətdir ki, Uillis haqqında kədərli söz-söhbətlər gəzir. Bloqerlər aktyorun suflyorun köməyi ilə çəkilişdə iştirak etdiyini deyirlər.

Bu məlumatı rejissor Mett Eskandari təsdiqləyib. O, həmçinin Hollivud ulduzunun “əqli zəiflikdən” əziyyət çəkdiyini birbaşa yazıb.

“Bu həqiqətdir. Onunla dörd film çəkmişəm, ona görə də özüm bilirəm. Bryus Uillis kimi bir əfsanənin gözlər qarşısında məhvini görmək çox kədərlidir. Son bir neçə ildə onunla işləməyin necə olduğunu gördüm”, – deyə Eskəndəri paylaşıb.

Qeyd edək ki, uzun müddətdir Hollivud əfsanəsi olan Bryus Uillis bu şöhrət üçün kifayət qədər çətin bir yol keçməli olub. O, epizodik rollarla başlayıb, vaxtaşırı teatr səhnəsinə çıxıb, həmçinin reklamlarda iştirak edib. Amma Uillis təslim olmadı. İlk böyük uğur ona ““Ay İşığı” Detektiv Agentliyi” serialında çəkildikdən sonra gəlib. Sonra Bryus komediya aktyoru kimi şöhrət qazandı. “Məğlubedilməz” filmi isə onun başqa rolların öhdəsindən də uğurla gəldiyini göstərdi. Həmin vaxtdan bəri, Uillis bir neçə dəfə dünyanın sarsılmaz xilaskarı obrazını sınayıb.

Mənbə: Ekspress Qazeta

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.