Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Mədəniyyət

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlanıb.

Bu barədə 102info.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, R.İbrahimbəyovla vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq:

“Vida mərasimi başa çatdıqdan sonra Xalq yazıçısı Birinci Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 

Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir