“Otpetıye moşenniki” qrupu solistinin intihar səbəbi bəlli oldu – FOTO

Mədəniyyət

Rusiyanın “Otpetıye moşenniki” qrupunun sabiq solisti Tom Xaosun (Vyaçeslav Zirunov) intiharının səbəbi bəlli olub. Onun hər şeydən bezdiyi üçün həyatına qəsd etdiyi bildirilir.

Qeyd edək ki, martın 10-na ifaçının iki müsahibəsi olmalı idi. Ancaq o çəkilişə getməyib. Bundan narahat olan bacısı qonşudan ona dəyməyi istəyib. Qapı bağlı, işıqlar isə söndürülmüş olduğundan qonşu pəncərəni sındıraraq içəri daxil olub və məşhur müğənninin asılmış bədəni ilə rastlaşıb.

Mərhumun telefonunda ölümqabağı məktubu tapılıb. Orada Tom Xaos hər şeydən bezdiyini etiraf edib.

Qeyd edək ki, Vyaçeslav Zinurov 1996-cı ildən “Otpetıye moşenniki”n üzvü olub. Qrup əsasən “Devuşki bıvayut raznıye”, “A u reki”, “Obratite vnimaniye”, “Lyubi menya, lyubi” və s. kimi mahnılarla məşhur olub.

Mənbə: Woman.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.