“YouTube” Rusiya kanallarını bloklayıb

Mədəniyyət

“YouTube” Rusiya kanallarını bloklamağa başlayıb.

Bu barədə şirkət məlumat yayıb.

“”YouTube” bütün dünyada Rusiyanın dövlət media kanallarının dərhal bloklandığını elan edib. “Rossiya Seqodnya” media qrupunun kanalları da “YouTube”da bloklanıb”, – deyə videohostinqin bəyanatında deyilir.

Məhdudiyyət tətbiq edilənlər arasında həmçinin TASS dövlət agentliyi, VQTRK (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti), Birinci Kanal, RBK, REN TV, NTV, “Moskva 24” və başqaları var.

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi və VQTRK federal dövlət unitar müəssisələridir. Onların “RİA Novosti”, “Sputnik”, “Ruptly”, “Rossiya 1”, “Rossiya 24” və digər kanalları da bağlanıb.

“Moskva 24” Moskva meriyasının dəstəyi ilə yaradılan “Moskva Media” holdinqinin bir hissəsidir.

REN TV – NMQ qrupunun bir hissəsidir, NTV isə “Qazprom-Media”ya məxsusdur.

Bundan əvvəl “YouTube” Rusiya istifadəçiləri üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırmışdı. Bundan əlavə, platforma Rusiyadan olan istifadəçilər üçün reklamları qadağan edib.

Mənbə: Kommersant

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir