Goranboyda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KRMİNAL

Goranboy şəhərində iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“102info.az”un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü S.Ələkbərova və S.Hüseynovaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Mubariz-Kesikde.org.az

Spread the love