Bakıda kişi qızlarına işgəncə verir: Araşdırmalar başlandı

KRMİNAL

Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə polisə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, Xəzər rayonu, Binə qəsəbə sakini, 1990-cı il təvəllüdlü ana müraciətində bildirib ki, həyat yoldaşı birgə nikahlarından doğulan uşaqları mütəmadi olaraq döyür.

O bildirib ki, əri, 1981-ci il təvəllüdlü T.Rüstəmov doğma övladları olan 14 və 12 yaşlı qızlarını vuraraq xəsarətlər yetirir, onlara fiziki və mənəvi işgəncə verir.

Qadının müraciəti nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love