Zaqatalada 18 yaşlı gənc 34 yaşlı kişini bıçaqlayıb

KRMİNAL

Zaqatalada 18 yaşlı gənc 34 yaşlı kişini bıçaqlayıb.

“102info.az”un əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 18 yaşlı Həzrət İbişov rayonun məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 34 yaşlı Rəşadət Əzimova münaqişə zəminində bir neçə bıçaq zərbəsi endirib.

Zərərçəkmiş kürəyindən daxilə keçməyən bıçaq xəsarəti və başın açıq yarası xəsarəti alıb və o, xəstəxanaya yerləşdirilib.

Zaqatala Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əzimova bıçaqla xəsarət yetirən H.İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love