Azərbaycanda polis qəzada HƏLAK OLDU

KRMİNAL

Şəmkirdə polis yol qəzasında həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırdıb.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love