Səkkiz dəfə həbsdə olan kişi yenidən tutuldu

KRMİNAL

Samuxda keçmiş məhkum narkotiklə tutulub. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.az-a məlumat verilib. 

Bildirilib ki, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İlqar Ələsgərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərindən 40 qram tiryək aşkar edilib. Dindirilmə zamanı İ.Ələsgərov narkotik vasitəni tapdığını bildirib. 

Qeyd edilib ki, İ.Ələsgərov bundan əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum olunub.

Mubariz-Kesikde.org.az

Spread the love