Marketin damından girərək oğurluq edən sevgililər saxlandılar – FOTO

KRMİNAL

Yevlax rayonunda marketdən oğurluq edən sevgililər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilmiş Ağca Bayramova və İlkin Əliyev müəyyən ediliblər. 

Onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan çox ziyan vurduqları aşkar olunub. 

102info.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı Ağca Bayramova və 24 yaşlı İlkin Əliyev sevgilidirlər. 

Bundan başqa, keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyasında və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər də saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Elşən Babayev saxlanılıb. Onun ailə üzvlərinə məxsus olan həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirdiyi 45 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

Qeyd: Fotodakı şəxs Elşən Babayevdir.

Mubariz-Kesikde.org.az

Spread the love