Yardımlıda onlarla ağac qanunsuz kəsildi

KRMİNAL

Bəzi sosial media səhifələrində Yardımlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqda aparılan araşdırmalarla, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin  vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və  309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırılıb.

Mubariz-Kesikde.org.az

Spread the love