Avtomobillə motosiklet TOQQUŞDU: Ölən var

KRMİNAL

Suraxanıda avtomobillə motosiklet toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 4-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub və nəticədə motosikletçi hadisə yerində ölüb.

Hər iki şəxs Yeni Suraxanı qəsəbəsinin sakinidir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love