İran-Azərbaycan sərhədində İNSİDENT: Saxlanılanlardan biri qadındır – FOTO

KRMİNAL

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərin­də iki ədəd bağlama olan iki nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilib, üzərlərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram tiryək, 3921 qram heroin, 17790 qram qurudulmuş marixuana, 2987 qram metamfetamin) və 20 ədəd psixotrop tərkibli metadon-40 həbləri aşkar olunaraq götürülüb.

May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respub­likasından Azərbaycana doğru bir nəfərə məxsus izlər aşkarlanıb.

Xidməti ərazi dərhal qapa­dılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilən kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini, 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılıb, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə metamfetamin və 500 ədəd metadon-40 psixotrop tərkibli həblər aşkar edilib.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mubariz-Kesikde.org.az

Spread the love