Ötən il özünü güllələyən şəxs bu gün intihar etdi

KRMİNAL

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“102info.az”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Albalan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 30 yaşlı Qamət Hüseynov özünü yaşadığı evin həyətindəki tut ağacından asaraq intihar edib.

Məlumata görə o, təxminən bir il öncə də ov tüfəngi ilə özünü güllələmişdi.

Faktla bağlı araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love