Gürcüstana 10 kiloqramlıq “sürpriz”lə gedən Azərbaycan vətəndaşlarını ən yaxşı halda 15 il həbs gözləyir

KRMİNAL

Gürcüstanda “Vaxtanqisi” sərhəd-keçid məntəqəsi ərazisində iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

“102info.az”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, 1998 və 1989-cu il təvəllüdlü şəxslər Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməkdə, həmçinin külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanılması və idxalında ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxslər Azərbaycan tərəfindən Gürcüstan sərhədini nəzarət-buraxılış məntəqəsindən yan ötməklə qanunsuz keçiblər və ölkəyə 10 kilorqramdan artıq heroin idxal ediblər.

Həmin şəxsləri 15 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Mubariz-Kesikde.org.az

Spread the love