Ağdamda vasvası “aqronom”ları polis saxladı – FOTO

KRMİNAL

Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Əyyub saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Asifin həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Mubariz-Kesikde.org.az

Spread the love