Məlumat lövhəsindən xəstəxana məhəccərinədək: Lənkəranda saxlanılan 16 nəfərin oğurluq siyahısı

KRMİNAL

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən “Avtomobil Yollarının Mühafizəsi” MMC-yə məxsus bir ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1 200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini – Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıblar.

Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love