Trabzonda həyat yoldaşını qətlə yetirən azərbaycanlı kişi ilə bağlı ŞOK MƏLUMAT – YENİLƏNİB + ANBAAN VİDEO

KRMİNAL

Türkiyədə boşanmaq üzrə olduğu arvadını güllələyərək qətlə yetirən 34 yaşlı Elvin Umayevlə bağlı yeni faktlar üzə çıxıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Balakən rayon Gərəkli kənd sakini olan E.Umayev 2017-ci ildə atası və bacısı ilə birlikdə Qaxda polisin keçirdiyi əməliyyatla tutulub. Belə ki, Elvin atası, 1962-ci il təvəllüdlü Əli Umayev və bacısı, 1985-ci il təvəllüdlü Pirdas Umayeva ilə birlikdə Qaxın Qorağan kəndindəki meşə sahəsində aqrotexniki qaydada narkotik tərkibli bitkilər yetişdirmək ittihamı ilə tutulublar.

Məlum olub ki, E.Umayev həmin vaxtdan üç ay öncə o ərazidə çətənə kolları əkib. Bu müddət ərzində o, adıçəkilən ailə üzvləri ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib.

2017-ci ildən əvvəl də məhkumluq həyatı yaşayan Elvin sözügedən əməlinə görə həbs edilib. Bir neçə il həbsxanada qalaraq azadlığa çıxıb. Bundan sonra isə o, işləmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib və məlum hadisə baş verib. Bu həbs Elvinin üçüncü məhkumluğu olacaq. 

10:42

Türkiyədə dörd ay əvvəl həbsxanadan çıxan azərbaycanlı kişi həyat yoldaşını odlu silahdan atəş açaraq qətlə yetirib.

Hadisə Trabzonun Ortahisar rayonunda baş verib.

34 yaşlı Elvin Umayev boşanmaq üzrə olduğu həyat yoldaşı 38 yaşlı Turanə Umayeva ilə parkda görüşüb. Aralarında yaranan mübahisə zamanı Elvin Umayev belindən çıxardığı tapança ilə qadının başına atəş açaraq qətlə yetirib. Sonra isə polisə təslim olub.

O, həyat yoldaşının uşaqları ona göstərmədiyini iddia edərək qətlin səbəbini əsaslandırmağa çalışıb.

Umayevin 10 il əvvəl həbs olunduğu və dörd ay əvvəl həbsdən çıxdığı da məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.  

Mənbə: “Habertürk”

Mubariz-Kesikde.org.az

Spread the love