Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATI – Qadının iki uşağı var imiş – YENİLƏNİB

KRMİNAL

Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

Bu barədə 102info.az-a Günay Cabbarovanın qonşuları bildirib. 

Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.

14:54

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə 102info.az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.

O əlavə edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

1989-cu il təvəllüdlü, polis mayoru Tural Akif oğlu Aslanov Xəzər Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərib.

13:56

Bakı şəhərində polis əməkdaşı nişanlısını öldürüb intihar etdi. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov 102info.az-a bildirib ki, bu gün günorta saatlarında  paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib.

O daha sonra intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

İlhamə Əbülfət

Mubariz-Kesikde.org.az

Spread the love