Astarada 20 yaşlı oğlan əmisi arvadını BALTALADI

KRMİNAL

Astarada gənc oğlan yaxın qohumuna balta ilə ağır xəsarət yetirib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ovala kəndində baş verib. Bir neçə gün əvvəl kənd sakini, 20 yaşlı Möhlət Rəhmətov balta ilə əmisinin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Zöhrə Əzizovaya kürək nahiyəsindən ağır xəsarət yetirib.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love