Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: Ölənlər var – FOTO

KRMİNAL

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“102info.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü kilometrində, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mubariz-Kesikde.org.az

Spread the love