Azərbaycanın 44 günlük müharibədə təcrübəsi Hindistanda müzakirə olunur: Tankların gələcəyi necə olacaq?

Hərbi

“2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən müharibə pilotsuz uçuş aparatları ilə unikal müharibə növünü dünyaya nümayiş etdirdi”.

102info.az-ın məlumatına görə, bu barədə “The Week” jurnalında Rusiya-Ukrayna müharibəsindən Hindistanın öyrənə biləcəyi dərslərə həsr olunmuş məqalədə bildirilir.

Müəllifin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin Rusiyanın zirehli texnikalarına qarşı uğurla istifadəsindən sonra Hindistan öz tanklarının gələcəyini müzakirə edir.

“Rusiya tankları “Javelin” tipli tank əleyhinə idarəolunan raketlər və ya Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələri ilə ağır zərbələrə məruz qalıb. Bu da PUA-ların rolunu yenidən gündəmə gətirib”, – deyə məqalədə bildirilir.

Həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə dronların unikal istifadəsini dünyaya nümayiş etdirib.

“Azərbaycan tərəfi erməni tanklarına, artilleriyasına və hərbi texnikasına qarşı PUA-lardan istifadə etdi. Bu, kiçik və nisbətən ucuz dronların münaqişələrin miqyasını necə dəyişə biləcəyini sübut etdi”, – deyə nəşrdə vurğulanıb.

Mubariz-Kesikde.org.az

Spread the love