Azərbaycanda hərbçi minaya düşdü

Hərbi

Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

102info.az-nın xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.

Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Mubariz-Kesikde.org.az

Spread the love