Anton Bredixin: “Paşinyan xarici kuratorlardan yeni tapşırıq alıb” – ŞƏRH

Hərbi

“Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər razılaşdırılmış bəndlərə uyğun olaraq Azərbaycanla sülh sazişi imzalamağa hazır idi. Amma hazırda əsasında erməni ekspertlərin təklifləri dayanan yeni təlimat və layihə alıb”.

Bunu Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin Azərbaycanın təklifləri çərçivəsində nizamlanmanın müzakirəsi ilə bağlı razılıq olduğu halda Ermənistan hakimiyyətinin irəli sürdüyü yeni – altı bəndlə bağlı 102info.az-a şərhində deyib. 

Onun sözlərinə görə, söhbət Ermənistan hakimiyyətinin fikrinin üstündə axıra qədər durmamasından deyil, xarici kuratorlarından yeni tapşırıq almasından gedir.

“Bu, postsovet məkanında sabitliyin pozulmasını davam etdirmək üçün edilib. Nikol Paşinyana  sülh sazişinin imzalanmasını mümkün qədər gecikdirmək və hətta münaqişəni gərginləşdirməsi barədə ABŞ tərəfinin istəyi çatdırılıb”, – deyə ekspert izah edib.

Politoloqun fikrincə, hazırda erməni xalqının kənar kuratorların fikrinə qulaq asmayan, erməni diasporu tərəfindən yönləndirilməyən, qərbyönlü xəttə əməl etməyən güclü liderə ehtiyacı var.

“Ermənistana başqa formasiyadan olan, erməni xalqının maraqlarından çıxış edərək cəsarətlə qərarlar qəbul edə bilən şəxs lazımdır”, – deyə Anton Bredixin əlavə edib.

Nair Əliyev

Mubariz-Kesikde.org.az

Spread the love