“Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib

Hərbi

Mariupolda “Azovstal” ərazisində olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

Bu barədə Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk “Telegram” kanalında məlumat verib.

“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib”, – o, qeyd edib.

Nazirin sözlərinə görə, Mariupolda humanitar əməliyyatının sözügedən hissəsi başa çatıb.

Mubariz-Kesikde.org.az

Spread the love