Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur – RƏSMİ

Hərbi

“Birinci Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi məntəqələrdə Azərbaycan əsilli saxlanılan şəxs yoxdur”.

102info.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, hazırda Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur:

“2020-ci ildə baş verən münaqişə zəminində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir”.

BQXK nümayəndəsi qeyd edib ki, həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-cı illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var:

“Hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur”.

İlhamə Əbülfət

Mubariz-Kesikde.org.az

Spread the love