ANAMA azad olunan ərazilərdə bir ay ərzində aşkarlanan mina sayını AÇIQLADI

Hərbi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mubariz-Kesikde.org.az

Spread the love