Latın Amerikası ölkəsi bütünlüklə işıqsız qaldı – FOTO/VİDEO

Dünya

“İen” qasırğası Kubada ölkəboyu elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub.

102info.az-ın məlumatına görə, bu barədə yerli “Union Electrica” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.

“Milli energetika sistemi müstəsna vəziyyətdədir: elektrik enerjisi istehsalı sıfır səviyyəsindədir (ölkədə enerji təchizatı tamamilə dayanıb)”, – deyə hesabatda bildirilir.

Şirkət əlavə edib ki, təbii fəlakət adanın infrastrukturuna ziyan vurub. Bununla belə, ölkənin enerji sisteminin tədricən bərpa olunacağı vurğulanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir