Rusiyada qadın sürücü deputatı maşınla vurub hadisə yerindən qaçdı – VİDEO

Dünya

Rusiyanın Xabarovsk şəhərində yolu yanlış yerdə keçmək istəyən deputat Vasili Xaritonovu avtomobil vurub. Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Məlumata görə, qəza törədən avtomobilin sükanı arxasında qadın sürücü olub. O sonra qorxaraq hadisə yerindən qaçıb.

Xaritonov yol polisinə və təcili yardıma müraciət etməyib.

“Məni qadın sürücü “Nissan Note” avtomobili ilə vurdu. Yıxıldım, sonra başımda və qollarımda ağrı hiss etdim. Amma vəziyyətimi soruşmadılar, maşın dərhal getdi”, – deyə deputat hadisə ilə bağlı sosial şəbəkədə yazıb.

O, həmçinin avtomobilin sürücüsünə müraciət edib:

“Məni avtomobilinizlə vurduqdan sonra qaçmağınız çox nalayiq hərəkətdir”, – deyə Xaritonov təəssüfünü bildirib.

Mənbə: “Amur Mash” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.