Ağzına saldığını saçına sürtən Ermənistan ordusu – VİDEO

Dünya

44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmış Ermənistanının “başgicəllənməsi” bitmək bilmir.  

Məğlub dövlət nəinki savaş itkilərini bərpa etməkdə aciz qalıb, hətta əsgərlərini sadə gigiyenik ləvazimatlarla belə təmin edə bilmir.

Belə ki, sosial şəbəkələrdə yayılan yeni görüntülərdə silahdaşının saçlarını səliqəyə salmağa çalışan hərbçinin daraq əvəzinə çəngəldən istifadə etdiyi əks olunub. 

Görüntülər Ermənistan ictimaiyyətində etirazlarla yanaşı, lağlağı ilə qarşılanıb.

Videoya şərh yazan ermənilər ordunun düşdüyü bu ağır duruma görə xəcalət hissi yaşadıqlarını etiraf ediblər. 

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir