Özcan Dəniz evlənib

Dünya

Türkiyəli məşhur müğənni və aktyor Özcan Dəniz iki ildir birlikdə olduğu iranlı modelyer Samar Dadgarla evlənib.

50 yaşlı sənətçi Yeni il gecəsi Samar Dadgara evlilik təklifi etmişdi. Məlum olub ki, Dəniz yanvarın 20-də özündən 24 yaş kiçik iranlı sevgilisi Samar Dadgarla birlikdə yaşadıqları Zekeriyaköydəki evlərində sadə toy mərasimi ilə evlənib.

Həftəsonu ailələr arasında səssiz keçən mərasimə cütlüyün 20-yə yaxın dostu qatılıb.

Mərasimə Özcan Dənizin ailəsindən yalnız böyük qardaşı Ercan Dəniz qatılıb. Müğənninin anası ötən aylarda onun evliliyinə qarşı olduğunu demişdi.

Özcan Dəniz və Samar Dadgar cütlüyü yaxın günlərdə ziyafət verməyi planlaşdırır.

Mənbə: Hürriyet

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir