İranda qalmaqallı konqres yerli və beynəlxalq mediada kəskin tənqid olundu – VİDEO

Dünya

Yanvarın 20-dən başlayaraq İranda beş gün davam edən “Nüfuzlu Qadınlar” adlı birinci beynəlxalq konqres keçirilib. Toplantının formal təşkilatçısı ölkənin qadın və ailə məsələləri üzrə dövlət qurumu olsa da, tədbirin əsas təşəbbüskarı İran prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Ələməlhuda olub.

Tehranda keçirilən konqres İran hakimiyyətinin gözlədiyi reaksiyanı doğurmayıb – beynəlxalq aləmdə ciddi qarşılanmayıb.

Üstəlik, sözügedən konqres İran mətbuatı və sosial şəbəkə istifadəçilərinin kəskin tənqidləri ilə üzləşib.

Tənqidlər ilk növbədə nüfuzlu adı ilə konqresdə iştirak edən şəxslərin kimliyi və statusu ilə bağlı olub. Belə ki, İran hakimiyyətinin bütün səylərinə baxmayaraq, xarici dövlət rəhbərlərinin xanımlarının Tehrana gəlişini təmin etmək mümkün olmayıb.

Konqresdə yalnız 4 dövlət və hökumət başçısının – Serbiya və Qırğızıstan prezidentlərinin, Ermənistan və Burkina-Faso baş nazirlərinin xanımları iştirak ediblər. İranın dostları sayılan Çin, Rusiya, hətta Suriyadan belə yüksək statusu olan nümayəndə gəlməyib.

Nüfuzlu “Sazəndegi” qəzeti  Burkina-Faso nümayəndəsi ilə yanaşı dayanmaqdan qürur duymağın İran üçün əslində utancverici olduğunu vurğulayıb. Ən əcaib məsələ isə ötən ilin iyulunda xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Şri-Lanka prezidentinin xanımının tədbirdə iştirakı olub. İran mediası bu məsələnin izahını tapa bilməyib.

Daha ətraflı “Azad İran” “Telegram” kanalının hazırladığı süjetdə:

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir