Mayk Tayson yenə də zorlamada ittiham olunur

Dünya

Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysona qarşı zorlama ittihamı irəli sürülüb.

5 milyon dollarlıq iddiada yazılıb ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.

Qadın iddia edir ki, boksçu onu limuzində zorlayıb. 

“Mayk Taysonun hərəkətləri fiziki, psixoloji və emosional travma almağıma səbəb olub”, – məhkəməyə təqdim edilən iddiada yazılıb.

Xatırladaq ki, Mayk Tayson artıq bir dəfə – 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.

Məhkəmə M.Taysona altı illik həbs cəzası versə də, sabiq boksçu üç ildən sonra azadlığa çıxa bilmişdi.

Mənbə: Daily Mail

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir