Türkiyəli futbolçu boşandı

Dünya

Türkiyəli futbolçu Özer Hurmacının Mihriban Hurmacı ilə 7 illik evliliyi başa çatıb.

Təxminən 1,5 ildir davam edən mübahisəli boşanma ilə bağlı məhkəmədə tərəflər razılığa gəliblər.

Onların uşaqlara birgə qəyyumluq etmələri və futbolçunun övladları üçün ayda 35 000 lirə (3 164 AZN) keçmiş həyat yoldaşına isə 20 000 lirə (1 808 AZN) ödəməsi barədə qərar verilib.

Məşhur futbolçu Mihriban Hurmacıya 250 min lirə (22 600 AZN) maddi təzminat ödəməli olsa da, eks həyat yoldaşı bununla və zinət əşyaları ilə bağlı tələbinin olmadığını bildirib.

Qeyd edək ki, Özer Hurmacı “Bursaspor” klubu ilə razılığa gəlib.

Mənbə: Sabah

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir