İtaliyanın keçmiş daxili işlər nazirləri Haaqa məhkəməsinə verildi

Dünya

İtaliyanın keçmiş daxili işlər nazirləri Marko Minniti və Matteo Salvininin adları Berlindən olan insan haqları təşkilatı ECCR-in (Avropa Konstitusiya Hüquqları və İnsan Haqları Mərkəzi) Haaqa Məhkəməsində insanlığa qarşı cinayətlərlə bağlı qaldırdığı iddialarda hallanır. Onlar dəniz yolu ilə gələn qaçqınların hüquq və azadlıqlarını pozmaqda günahlandırılırlar.

Məlumata görə, təqsirləndirilənlər siyahısına Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Federika Moqerini, “Frontex”in Avropa missiyasının keçmiş rəhbəri Fabris Leqqeri, həmçinin Maltanın keçmiş və hazırkı baş nazirləri Cozef Muskat və Robert Abela da daxildir.

İddiaçılar bəyan edirlər ki, öz hərəkətləri ilə bu rəsmilər Liviyadan qaçan miqrant və qaçqınların hüquq və azadlıqlarını məhdudlaşdırıblar. Onlar miqrantlara qarşı qanunsuz hərəkətlərə şərait yaradıblar.

Qeyd edək ki, bu ittihamlar Aralıq dənizində miqrantların xilas edilməsi ilə məşğul olan “Sea Watch” qeyri-hökumət təşkilatının dəstəyi ilə formalaşdırılıb.

Mənbə: TASS

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir