“Əgər hansısa uşağa quduzluq diaqnozu qoyulubsa, hər şey üçün çox gecdir” – AÇIQLAMA

Cəmiyyət

“Hər il bizdə bir-iki quduzluq hadisəsi qeydə alınır. Lakin cari ildə insanlar arasında heç bir quduzluq hadisəsi aşkarlanmayıb. 2022-ci ilin ilk altı ayında 17 528 nəfər heyvan dişləməsinə məruz qalıb. Həmin şəxslərdən 3 742 nəfər hadisəni Bakı şəhərində yaşayıb. Burada heyvanla sıx təmasda olmaq, heyvanlarla rəftar barədə məlumatlı olmamaq dişlənməyə yol açan səbəblərdir. 14 980 nəfəri it, 2 015 nəfəri pişik, 230 siçovul, 300 nəfəri isə digər heyvanlar dişləyib”.

102info.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayım zamanı deyib. 

Həkim bildirib ki, bu hallar daha çox heyvanla sıx təmasdan və məlumatsızlıqdan qaynaqlanır: 

“Ev heyvanı saxlayan şəxslər heyvanlarına mütləq baytar nəzarətində vaksin vurdurmalıdır. Hətta özləri də üç ildən bir peyvənd olunmalıdır. Quduzluq, əsasən, itlərin hücumu nəticəsində yaranır. Valideynlərə tövsiyəm odur ki, uşaqları mümkün qədər heyvanlardan uzaq tutsunlar. Əgər hansısa uşağa quduzluq diaqnozu qoyulubsa, hər şey üçün çox gecdir. Hətta vaksinasiya olunsa belə, bu virusun qarşısını ala bilmirik”.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir