Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin təqaüdü artacaq

Cəmiyyət

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin təqaüdü artacaq.

“102info.az”un xəbərinə görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” dəyişiklikdə əksini tapıb.

Layihənin qəbulu nəticəsində dövlət büdcəsinə mahiyyət etibarı ilə hər hansı əlavə maliyyə yükü yaranmayacaq.

Belə ki, qanunun 29.2-ci maddəsinə əsasən, bu qanunun 20-ci maddəsində adı keçən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və dövlət büdcəsindən ödənilir.

Aparılan hesablamalar göstərir ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin pensiyalarının yenidən hesablanmasına xərclənən vəsaitin, bu dövrdə onların pensiyaları indeksasiya edilərdisə, onda bunun üçün xərclənən vəsait ilə təxminən bərabər olması ehtimal edilir.

Beləliklə, yeni metodologiya ilə üç-beş ildən bir əməkhaqqındakı artım nəticəsində qulluq stajına görə əlavələrin yenidən hesablanması üçün sərf edilən maliyyə vəsaiti hər il müəyyən proporsiyalarla həmin əlavələrin indeksləşdirilməsinə sərf ediləcək.

Layihə hazırda xüsusi şərtlərlə təqaüd alan 90 minə yaxın pensiyaçını əhatə edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir