Şəkidə sürücü yolu keçmək istəyən piayadanı vurdu

Cəmiyyət

Şəkidə mikroavtobusun vurduğu 33 yaşlı piyada ağır xəsarət alıb.

102info.az xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçmək istəyən piyada – Şəki rayonu İnçə kənd sakini, 33 yaşlı Samir Kamil oğlu Abdullayev Şəki rayon sakini Cuma Şirinovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla vurulub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə  yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.